"Rusiya Könüllülər Korpusu"nda əsas dil Ukrayna dili oldu
Dünya
05.08.2024 13:45
Rusiyada qadağan olunmuş "Rusiya Könüllülər Korpusu"nun (RDK) silahlılarının əsas danışıq dilinin ukrayna dili olduğu ortaya çıxıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS”a Ukrayna Silahlı Qüvvələrinin əsir düşən əsgəri Vladislav Spitski bildirib.
“Bizi 53-cü briqadaya göndərdilər və təlim keçmək üçün Sumiyə ezam etdilər. Orada “RDK” nümayəndələri də var idi. Mən onların niyə rus adlandırıldığını başa düşmədim, çünki orada hamı ukraynaca danışırdı”deyə o, bildirib.
O, əlavə edib ki, ləhcələrinə əsasən, yaraqlılar Ukraynanın qərb vilayətlərindən olublar.
Bundan əvvəl Belarusun Dövlət Sərhəd Komitəsi Belarus sərhədində “RDK” nümayəndələrinin olduğunu açıqlamışdı. Minskdən verilən məlumata görə, bölmə fəal şəkildə kəşfiyyatla məşğuldur.
Töhfə Səməd
tag: Rusiya, Belarus, Könüllülər, Ukrayna,Qərb, todaypress.az,