Rusiya Konstantinovkanı vurdu: Ölənlər və yaralılar var
Dünya
07.09.2024 13:49
Rusiya Silahlı Qüvvələri Ukraynanın Konstantinovka şəhərində bazarı artilleriya atəşinə tutub.
TodayPress xəbər verir ki, bu barədə Donetsk vilayətinin qubernatoru Vadim Filaşkin “Telegram”da bildirib.
Hücum nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Bundan əlavə, 13 obyektə, o cümlədən yaşayış binasına, tibb müəssisəsinə, aptekə, ticarət obyektlərinə, avtomobillərə, elektrik xətlərinə ziyan dəyib.
Günəş Mərd
tag: Rusiya, Donetsk, Vadim Filaşkin ,Zərər ,Avtomobillər ,todaypress.az,