Rusiya kömür ixracını kəskin artıracaq

Dünya

26.09.2024 13:32

2030-cu ilə qədər Rusiya kömür ixracının ümumi həcmini ildə ən azı 70-80 milyon ton artıra bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Trust Technologies” şirkəti məlumat yayıb.

Qeyd olunub ki, bu dinamikaya Rusiyanın rəqiblərindən ixracın kəskin azalması kömək edəcək. 

Beləliklə, proqnoza görə, Avstraliya, İndoneziya, ABŞ, Cənubi Afrika (CAR) və Kolumbiyadan kömür ixracının illik həcmi 2030-cu ilə qədər ildə 133 milyon ton azala bilər. 

Analitiklərin fikrincə, Rusiya Federasiyasından olan əmtəə ixracatçıları bu vəziyyətdən yararlana bilər.

Günəş Mərd

tag: Rusiya, Kömür,ABŞ ,Cənubi Afrika ,Avstraliya ,todaypress.az,