Rusiya Kiyev vilayətini atəşə tutdu: Ölənlər var

Dünya

11.08.2024 10:07

Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətinin Brovarı rayonuna raket hücumu həyata keçirib. 

TodayPress xəbər verir ki, bu barədə RBK Ukrayna məlumat yayıb.

Hücum zamanı mərmi qalıqlarının fərdi evlərin üzərinə düşməsi nəticəsində iki nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

“Daha iki nəfər - 35 yaşlı kişi və onun 4 yaşlı oğlu binanın dağıntıları altında qalıb.Təəssüf ki, axtarış-xilasetmə əməliyyatları zamanı onların cəsədi aşkar edilib” deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri avqustun 10-dan 11-nə keçən gecə Ukraynanın müxtəlif ərazilərinə ballistik raket və dron hücumu həyata keçirib.

Günəş Mərd

tag: Ukrayna, Rusiya,Hücum, Todaypress.az,Kiyev,