Rusiya KİV: Danışıqlar günortadan sonra başlayacaq
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilməsi planlaşdırılan görüşün günün ikinci yarısına təyin olunduğu bildirilir.
TodayPress xəbər verir ki, bu barədə “RİA” mənbəyə istinadla məlumat yayıb.
Bu qeyri-rəsmi açıqlama Ukrayna tərəfinin danışıqların səhər saatlarında başlanacağı barədə məlumatı təkzib etməsindən sonra gəlib. Belə görünür ki, tərəflər arasında yekun protokol və vaxt razılaşdırılması prosesi tam başa çatmayıb və bu, tərəflərin prosesə ehtiyatla yanaşdığını göstərir.
Qiymət Mahir
tag: Rusiya ,Ukrayna,KİV,Danışıq,todaypress.az,