Rusiya jurnalistləri Kurska girməsinə icazə vermədi

Dünya

20.08.2024 18:55

Rusiya ərazisini qanunsuz keçərək Kursk vilayətinə daxil olan xarici jurnalistlər Rusiya qanunvericiliyi çərçivəsində məsuliyyətə cəlb edilməlidir.

TodayPress xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Aleksey Çepa deyib.

“Mən bildiyimə görə, Kursk vilayətində olan xarici jurnalistlər geri çağırılıb. Onlar Rusiya ərazisindən kənara çıxmağı üstün tutublar, lakin hər halda sərhədi qanunsuz keçiblər. Hesab edirəm ki, qanunvericiliyə uyğun olaraq bu jurnalistlərə qarşı lazımi tədbirlər görülməlidir” deyə siyasətçi əlavə edib.

O, qeyd edib ki, xarici jurnalistlər Rusiya ərazisində olduqlarını, həmçinin belə sərhədi keçmənin qanunsuz olduğunu başa düşürlər, ona görə də onların məlumatsızlığından danışmaq sadəlövhlük olar.

Töhfə Səməd

tag: Rusiya, Kursk, Jurnalistlər, Qanun, todaypress.az,