Rusiya İtaliya təşkilatını arzuolunmaz elan etdi

Dünya

21.04.2025 11:44

5

 Rusiyada İtaliyanın qeyri-hökumət təşkilatı (QHT) olan "Comunità dei Russi Liber"i arzuolunmaz elan edilib.   

TodayPress xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb. 

Məlumata görə, təşkilat 2021-ci ildə İtaliyada yaşayan ruslar tərəfindən yaradılıb və Rusiyaya qarşı mitinqlər təşkil edir.   

Həmçinin, təşkilat İtaliya vətəndaşlarını Rusiyada hüquq və azadlıqların pozulması barədə məlumatlandırmağa çalışır. 

Türkan İsgəndərli

tag: Rusiya,İtaliya,QHT,Qərar,Todaypress.az,