Rusiya İrana silah tədarükünə başladı
Dünya
06.08.2024 18:20
İran İsraillə mümkün toqquşmaya hazırlıq üçün Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri tələb edib.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, Tehranın müvafiq tələb ilə Rusiya artıq qabaqcıl radarlar və hava hücumundan müdafiə sistemlərini tədarük etməyə başlayıb.
Qeyd edək ki, İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə söhbətində HƏMAS-ın lideri İsmayıl Haniyənin qətlindən sonra İranın İsrailə cavab vermək niyyətində olduğunu bildirmişdi.
Günəş Mərd
tag: İran, İsrail, Tehran, Rusiya, Məsud Pezeşkian,HƏMAS, todaypress.az,