Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutdu
Dünya
14.09.2024 15:20
Rusiya və Ukrayna nümayəndələri arasında aparılan danışıqlar nəticəsində 103 nəfər əsirin qarşılıqlı mübadiləsi həyata keçirilib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin humanitar xarakterli vasitəçiliyi ilə Belarus ərazisində baş tutan proses nəticəsində geri qaytarılan Rusiya hərbçilərinin hamısı vaxtilə Kursk ərazisində əsir götürülüb.
Nazirlik açıqlayıb ki, hərbçilərə Rusiya ərazisində lazımi tibbi yardım göstəriləcək, onlar psixoloji dəstək alacaqlar.
tag: Rusiya, Ukrayna,Birləşmiş Ərəb Əmirlikləri ,Kursk ,Ərazi ,todaypress.az,