Rusiya ilə Qazaxıstan arasında 20 sənəd imzalandı
Dünya
28.11.2024 04:23
Rusiya və Qazaxıstanın nümayəndə heyətləri iki ölkə liderləri Vladimir Putin və Kasım-Jomart Tokayev arasında danışıqların yekunu üzrə 20 sənəd imzalayıblar.
TodayPress xəbər verir ki, dövlət başçıları yeni qlobal nizamda strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanatı təsdiqləyiblər.
Məlumata görə, 2024-2028-ci illər üçün regionlararası və transsərhəd əməkdaşlıq proqramı və onun həyata keçirilməsi üzrə tədbirlər planı, səhiyyə, turizm və dəmir yolunun inkişafı sahələrində əməkdaşlıq haqqında sazişlər qəbul edilib.
Qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin tənzimlənməsinə dair memoranduma razılıq verilib.
İki ölkənin Ədliyyə nazirlikləri arasında 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı təsdiq edilib.
Prezidentlərin danışıqlardan sonra qəbul etdikləri birgə bəyanatda deyilir ki, Rusiya və Qazaxıstan rəhbərliyi ən yüksək və yüksək səviyyədə müntəzəm əlaqə saxlamağı planlaşdırır.
tag: Rusiya, Qazaxıstan, Əməkdaşlıq, İxrac, Putin, todaypress.az,