Rusiya ilə müharibəyə hazırlıq başladı - Finlandiya məhv olacaq

Dünya

28.10.2024 11:20

“Finlandiyanın Laplandiyasındakı Rovajarvi poliqonunda keçiriləcək təlimlər Rusiya ilə müharibəyə hazırlıqdır”.

TodayPress xəbər verir ki, bunu hərbi ekspert Aleksandr Stepanov “TASS” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya ilə sərhəd bölgəsində qarşı tərəfin hərbi potensialının sistemli şəkildə hazırlanması aparılır. Ekspert bu təlimlərin Rusiya ilə sərhəddən cəmi 100 kilometr aralıda keçiriləcəyinə diqqət çəkib.

“Rusiya ilə NATO arasında münaqişə yaranarsa, Finlandiya nüvə raketləri ilə məhv ediləcək”. 

Bunu isə Helsinki Universitetinin professoru və geosiyasi ekspert Tomas Malinen “X” sosial şəbəkəsində qeyd edib.

NATO-nun hərbi təlimləri noyabrın 4-dən 28-dək Finlandiya Laplandiyasında Şimali Avropanın ən böyük poliqonu olan Rovajarvidə keçiriləcək. 

Töhfə Səməd

tag: NATO, Rusiya, Finlandiya, Müharibə, Dünya, todaypress.az,