Rusiya ilə İran strateji tərəfdaşlıq sazişi imzaladı
Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edən qanunu imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiyanın rəsmi hüquqi informasiya portalı məlumat yayıb.
Saziş Moskva və Tehran arasında uzunmüddətli əməkdaşlığın hüquqi əsasını formalaşdırır və iki ölkə arasında strateji tərəfdaşlıq statusunu rəsmiləşdirir.
Müqavilə müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya kimi sahələri əhatə edir.
Türkan İsgəndərli
tag: Rusiya,İran,Tərəfdaşlıq,Saziş,Todaypress.az,