Rusiya ilə Belarus arasında ticarət dövriyyəsi 37 milyard dolları ötdü
Dünya
06.12.2024 23:45
Rusiya
ilə Belarus arasında ticarət dövriyyəsi illik müqayisədə 8,4% artaraq 2024-cü
ilin son rəqəmlərinə görə 37 milyard dolları ötüb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin
bildirib.
"Artan
ticarət dövriyyəsi göstəriciləri Rusiya-Belarus inteqrasiyasının
səmərəliliyinin bariz sübutudur. Belarus prezidenti Aleksandr Lukaşenko artıq
builki rəqəmlərlə bağlı gözləntilərini bölüşüb. Statistikaya görə, ticarət
yanvar-sentyabr aylarında 8,4% artaraq, ilin sonuna qədər 37 milyard dolları
keçəcək Çox güman ki, prezident Lukaşenkonun proqnozlaşdırdığı rəqəmlərə
yaxınlaşa bilər” Rusiya lideri vurğulayıb.
Lukaşenko
daha əvvəl bəyan etmişdi ki, iki ölkə arasında ticarət dövriyyəsi ilin sonuna
kimi 59-60 milyard dollara çatacaq.
Aynur TAC
tag: Rusiya, Belarus, Ticarət, Lukaşenko, Putin, todayress.az,