Rusiya ilə bağlı İtaliya və Fransada aksiyası keçirildi

Dünya

22.10.2024 16:00

“SOS Donbass” təşkilatı İtaliyada və Fransanın bir sıra şəhərlərində “Rusiya mənim düşmənim deyil” aksiyası keçirib. 

TodayPress xəbər verir ki, bu barədə fəallar “Telegram”da məlumat veriblər.

“Sentyabr və oktyabr aylarında Paris, Lion, Nant, Tarbes və Korsika da daxil olmaqla ölkənin bir sıra şəhərlərində mesajımızı əks etdirən plakatlar asdıq” deyə təşkilat bildirib.

Mitinqlərə gələnlər əl sıxma təsviri, Rusiya və Fransa bayraqları, habelə fransız dilində “Rusiya mənim düşmənim deyil” yazıları olan plakatlar açıblar. İtaliya Korsikasında fəallar adanın bayrağı və eyni yazının Korsika dilində yazılmış pankartları nümayiş etdiriblər.

Töhfə Səməd

tag: Rusiya, Paris, Fransa, Aksiya, İtaliya, todaypress.az,