Rusiya ilə ABŞ arasında ticarət maksimuma çatdı

Dünya

08.05.2025 09:40

9

Mart ayında Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi 573,4 milyon dollar təşkil edib. Bu, son iki ilin maksimum göstəricisidir.

TodayPress xəbər verir ki, bu barədə Rusiya KİV bildirib. 

Rəsmi məlumatlara görə, artım əsasən Rusiyadan ABŞ-yə ixracın çoxalması ilə bağlıdır. İxrac həcmi 339,6 milyon dollardan 523,45 milyon dollara yüksəlib. ABŞ Rusiyadan ən çox gübrə (219 milyon dollar), platina (87,5 milyon dollar), faner və fosfat idxal edib.

ABŞ-dən Rusiyaya məhsul tədarükü isə əvvəlki ayla müqayisədə dəyişməyib, 50 milyon dollar səviyyəsində qalıb. İdxal edilən əsas məhsullar: vaksinlər, tibbi alətlər, ərzaq və analiz cihazlarıdır.

Qiymət Mahir

tag: Rusiya,ABŞ,Ticarət,Rüsum,todaypress.az,