Rusiya İlan adasını raket atəşinə tutdu

Dünya

11.09.2024 13:58

Rusiya ordusu sentyabrın 11-nə keçən gecə İlan adasına 6 ədəd "X-31P" antiradar raketi atıb.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. 

Bildirilib ki, raketlər Qara dəniz üzərindən atılıb. 

Bundan başqa, Krasnodar vilayətindən 1 ədəd “İsgəndər-M”, Donetskdən isə 2 ədəd "S-300" raketi Ukrayna tərəfinə zərbələr endirmək üçün istifadə olunub. Həmçinin Rusiya 25 kamikadze dronu ilə Ukraynaya hücum edib. Rəsmi mənbə bildirib ki, onlardan 20-si məhv edilib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Töhfə Səməd

tag: Rusiya,İlan Adası, Raket,X-31P ,Hücum, todaypress.az,