Rusiya Hindistan və Pakistana çağırış etdi

Dünya

07.05.2025 16:10

10

Rusiya Hindistanla Pakistan arasında gərginliyin artmasından narahatdır və tərəfləri təmkinli olmağa, eləcə də danışıqlar yolu ilə problemi həll etməyə çağırır. 

TodayPress xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov “TASS”a açıqlamasında bildirib.

“Baş verənlər ciddi narahatlıq doğurur. Biz hər iki tərəfi təmkinli olmağa və fikir ayrılıqlarının dialoqla həllinə çağırırıq”  deyə Peskov qeyd edib.

Qiymət Mahir

tag: Rusiya ,Hindistan,Pakistan,Dmitri Peskov ,todaypress.az,