Rusiya hərbi eskalasiya elan etdi
Dünya
11.01.2025 09:40
“Kalininqrad vilayəti ətrafında hərbi eskalasiya gedir”.
TodayPress xəbər verir ki, bunu regiondan olan deputat, Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik “Lenta.ru”ya bildirib.
Parlamentari deyib ki, hazırda Kalininqrad vilayətindən 50 kilometr aralıda yerləşən Qdanskda, eləcə də Varşavada tanklar hərəkətə gətirilib.
O, Latviya Prezidenti Edqars Rinkeviçsin dəniz kommunikasiyalarını bağlamaq çağırışlarını, Litvanın Kalininqrad vilayəti ilə həmsərhəd olan Memel bölgəsində NATO-nun iri gəmiləri ilə təlimlərin keçirildiyini xatırladıb və buna ciddi həyacan siqnalı adlandırıb.
“Kalininqrad vilayəti ətrafında gərginlik ciddidir. Bu nə ilə nəticələnəcək bəlli deyil. Bizim səbrimiz böyükdür, lakin “düyməni” hər an basa biləcəyimizi də unutmasınlar. Və bunun nəticələri onların heç də xoşuna gəlməyəcək. Bunu başa düşməlidirlər. Özlərinə, vətəndaşlarına yazıqları gəlsin” deyə deputat yekunlaşdırıb.
Töhfə Səməd
tag: Rusiya ,Hərbi ,Vətəndaş, Varşava ,todaypress.az,