Rusiya hərbçiləri Ermənistanda təlim keçir
Rusiya
Müdafiə Nazirliyinin Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının
“Alagöz” poliqonunda döyüş atəşləri ilə batalyon taktiki təlimlərinə start
verilib.
TodayPress Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın
Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, təlimlərdə hərbi qulluqçular tabor taktiki qrupuna daxil olan bölmələr arasında döyüş və qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqları məşq edirlər.
Təlimlərin birinci mərhələsində döyüşə hazırlığın ən yüksək səviyyəsinə
çatdırılması, cəmləşmə zonasına yürüş, komanda məntəqələrinin yerləşdirilməsi
və təchiz edilməsi, texnikanın kamuflyaj və yerləşdirilməsi, döyüş
zastavalarının təşkili kimi tədbirlər hazırlanıb.
tag: Ermənistan, Azərbaycan, Alagöz, Rusiya, Təlim, todaypress.az,