Rusiya HƏMAS rəhbərliyi ilə danışıqlar apardı

Dünya

16.01.2025 14:48

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov HƏMAS rəhbərliyi ilə telefon danışığı aparıb.

TodayPress xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

Boqdanov HAMAS-ın Siyasi Bürosunun sədri Xaled Maşaal və sədr müavini Musa Abu-Marzukla telefon danışığı zamanı Rusiya vətəndaşı Aleksandr Trufanovun azadlığa buraxılmasını xahiş edib.

O, telefon danışığında bildirib ki, Moskva Rusiya Federasiyasının daha əvvəl HƏMAS rəhbərliyinə təqdim etdiyi humanitar xarakterli digər müraciətlərinin də nəzərə alınacağına ümid edir.

Qeyd edək ki, rəsmi Moskva bu xahişi İsrail və HAMAS arasında girovların mübadiləsinə dair sazişin bağlanmasından sonra edib.

tag: Rusiya ,HƏMAS, Danışıq, Girov ,Federasiya, todaypress.az,