Rusiya hava limanında sərnişinlər arasında izdiham yaşandı

Dünya

06.08.2024 11:15

2491

Yekaterinburq hava limanında izdiham olub, iki nəfər xəsarət alıb.

TodayPress xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb. 

Avqustun 5-dən 6-na keçən gecə, aviaşirkətlərin cədvəllərindəki pozuntular səbəbindən pasport nəzarətində sərnişinlər arasında izdiham yaşanıb.

Nəticədə iki nəfər xəsarət alıb. 

Hava limanının təhlükəsizlik işçiləri bir neçə dəqiqə ərzində asayişi bərpa ediblər. Hadisənin səbəbləri araşdırılır.

Töhfə Səməd

tag: Rusiya, Hava Limanı,Hadisə,Yekaterinburq,İzdiham, todaypress.az,