Rusiya hava limanında müvəqqəti məhdudiyyət tətbiq edildi

Dünya

01.09.2024 13:00

1119

Sentyabrın 1-i gecə saatlarından başlayaraq Rusiyanın Domodedovo hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra gediş-gəlişlər qrafikə uyğun həyata keçiriləcək. Rejim dövründə 17 reys Moskva və Nijni Novqoroddakı alternativ aerodromlara yönləndirilib.

Qeyd edək ki, məhdudiyyətlər mülki hava gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.

Töhfə Səməd

tag: Rusiya,Hava Limanı,Reys,Ləğv,Nijni Novqorod,todaypress.az,