Rusiya hava limanında məhdudiyyətlər tətbiq edildi
Rusiyanın Nijnekamsk hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
TodayPress xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako özünün "Telegram" kanalında bildirib.
“Nijnekamsk hava limanında Moskva vaxtı ilə saat 08:00-dan (Bakı vaxtı ilə saat 09:00) etibarən təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib” məlumatda deyilir.
Bundan əvvəl Kazan və Ulyanovsk hava limanlarında da oxşar məhdudiyyətlərin tətbiq olunduğu diqqətə çatdırılıb. Korenyakonun sözlərinə görə, təyyarə ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təmin edilməsi üçün lazım olan hər şeyi edirlər.
Töhfə Səməd
tag: Rusiya,Hava Nəqliyyatı,Təyyarə,Kazan,todaypress.az,