Rusiya Harrisə qarşı kampaniyaya başladı
Dünya
19.09.2024 03:12
Rusiya
Kamala Harrisin prezidentlik kampaniyasını gözdən salmaq üçün əməliyyat
keçirir.
TodayPress xəbər verir ki, bu barədə "Politico" yazıb.
Microsoft,
Kremlə bağlı qrupların son həftələrdə Demokratlar Partiyasından prezidentliyə
namizədi gözdən salmaq məqsədi daşıyan saxta videolar yaydığına dair sübutlar
tapıb.
Nəşr
yazır ki, onlardan birində Kəmalə Harrisin tərəfdarları Donald Trampın tərəfdarlarına
hücum edir, digərində aktrisa Harrisi uydurma hadisədə canlandırır.
Bu
videoların hər biri milyonlarla baxış qazandı və videolardan biri ona daha çox
inanmaq üçün saxta San Fransisko xəbər orqanı tərəfindən yayımlandı.
Materialda
deyilir ki, bu video yayımlandıqdan sonra ilk saatlarda "X" hesabında 100.000-dən çox
baxış toplayıb.
tag: Kamala Harrisi, ABŞ, Rusiya, Donald Tramp,todaypress.az,