Rusiya G20 ölkələrinə xəbərdarlıq etdi
Rusiya maliyyə aktivlərinin istifadəsi beynəlxalq valyuta və maliyyə sistemi üçün ciddi nəticələrə səbəb olacaq.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin saytında məlumat verilib.
Nazirlikdən bildirilib ki, oktyabrın 23-24-də Rusiya maliyyə nazirinin müavini İvan Çebeskovun rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda Braziliyanın sədrliyi ilə 20 - lik Qrupunun (G20) maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin yekun iclasında iştirak edib.
Çebeskov bildirib ki, G20 geo-iqtisadi parçalanma ilə üzləşməlidir.
“Ayrıseçkiliyə yol verməyən çoxtərəfli ticarət və maliyyə sistemini saxlamaq çox vacibdir. Rusiya maliyyə aktivlərinin istifadəsi beynəlxalq valyuta və maliyyə sistemi üçün dərin sistemli nəticələrə səbəb olacaq” o, qeyd edib.
Onun sözlərinə görə, ABŞ dollarının getdikcə daha çox silah kimi istifadə edilməsi ilə inkişaf etməkdə olan ölkələr əməliyyatlar aparmaq və ehtiyat saxlamaq üçün digər valyutalara müraciət edəcəklər.
Günəş Mərd
tag: Rusiya,İvan Çebeskov, Maliyyə,ABŞ,G20, todaypress.az,