Rusiya freqatı Fransa limanına buraxılmadı
Dünya
23.07.2024 11:25
“Rusiyanın "Standard" freqatının Brest limanına buraxılmaması, Fransa hakimiyyətinin zəifliyini göstərdi”.
TodayPress xəbər verir ki, bu sözləri “RİA”ya danışan “Mor Qlaz” dənizçilərinə yardım Assosiasiyasının rəhbəri Jan-Pol Elkan deyib.
O, Parisin freqatı limana buraxmama qərarına reaksiya verib. Belə ki, Məhdudiyyətlərə görə, freqat Fransada keçirilən yelkənli tarixi gəmi festivalında iştirak edə bilməyib.
Hadisə freqatdan Rusiya bayrağının götürülməsinin tələb olunması ilə başlayıb. Gəmi bu qərara imtina etdikdən sonra ukraynayönümlü fəalların təklifi ilə Avropa İttifaqı (Aİ) sanksiyalara başlayıb.
Xatırladaq ki, gəmi 2000-ci ildən bəri tədbirdə müntəzəm iştirak edir.
Töhfə Səməd
tag: Rusiya, Mor Qlaz, Jan-Pol, Fransa,Avropa İttifaqı, todaypress.az,