Rusiya Fransaya nota göndərdi

Dünya

25.08.2024 16:06

Rusiyanın Parisdəki səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək həbsdə olan “Telegram” messencerinin yaradıcısı Pavel Durovla konsulluq əlaqəsi tələb edib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-24” telekanalının efirində bildirib.

"Parisdəki səfirliyimiz bu məlumatı alan kimi dərhal yerli tərəflə əlaqə saxlayıb və Fransa Xarici İşlər Nazirliyinə giriş tələbi ilə nota göndərib. Problem ondadır ki, Pavel Durov Fransa vətəndaşlığına malikdir” deyə o qeyd edib. 

Rusiyanın Parisdəki səfirliyinin mətbuat xidməti isə bildirib ki, diplomatik missiya Fransa hakimiyyətindən Durovun hüquqlarına riayət olunmasını təmin etməyi tələb edib, lakin Paris indiyədək bu məsələdə qarşılıqlı əlaqədən yayınıb.   


Günəş Mərd 

tag: Rusiya,Fransa,teleqram,nota,todaypress.az,