Rusiya Finlandiyaya etiraz notası göndərdi
Dünya
29.10.2024 20:43
Rusiya səfirliyi Finlandiya Xarici İşlər
Nazirliyinə nota göndərərək Finlandiya hakimiyyətinin hərəkətlərinə kəskin
etirazını bildirib.
TodayPress TASS-a istinadən xəbər verir ki, bu barədə
Rusiya diplomatik nümayəndəliyi məlumat yayıb.
Səfirlik Finlandiyadakı Rusiya daşınmaz əmlakının
müsadirəsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün işlərini davam etdirir.
Sözügedən daşınmaz əmlak Rusiyaya məxsusdur.
Qeyd olunur ki, səfirlik Finlandiya Xarici İşlər
Nazirliyinə respublika hakimiyyətinin beynəlxalq hüququn müddəalarını kobud
şəkildə pozan hərəkətlərinə kəskin etirazını bildirən nota göndərib.
Rusiya səfirliyi Finlandiya Məhkəmə İcraçıları Xidmətinin
qərarına yenidən baxılacağını gözləyir.
tag: Rusiya, Finlandiya, XİN, Səfirlik, Nota, todaypress.az,