Rusiya Finlandiyadakı təlimləri təxribat adlandırdı
Dünya
31.07.2024 14:29
“Moskva Finlandiyanın Rusiya sərhədi yaxınlığında keçirilən hərbi təlimlərini NATO-nun təxribatı kimi səciyyələndirir”.
TodayPress, “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin keçirdiyi brifinqdə jurnalistlərə deyib.
Diplomat qeyd edib ki, bu Finlandiyanın Şimali Atlantika Alyansına sürətləndirilmiş inteqrasiyası çərçivəsində həyata keçirilir.
“Biz görürük ki, Finlandiyanın siyasi rəhbərliyi öz milli maraqlarını könüllü olaraq qurban verir. Bir vaxtlar mehriban qonşu olan Finlandiyanı NATO-nun Baltik dənizi və Arktika regionunda militarist istəklərinin forpostuna çevirir” deyə o, əlavə edib.
Töhfə Səməd
tag: Finlandiya, Rusiya, Atlantika,NATO, Arktika, todaypress.az,