Rusiya Federasiyası İsmayıl Haniyənin qətlini pislədi

Dünya

01.08.2024 04:00

Rusiya Tehranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini pisləyir və hadisəni İranı regional qarşıdurmaya cəlb etmək üçün təxribat xarakterli hücum kimi qiymətləndirir.

TodayPress xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

“Rusiya iyulun 31-nə keçən gecə Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı iqamətgahına raket hücumu nəticəsində öldürülməsini qətiyyətlə pisləyir. Bu təxribat xarakterli hücum HƏMAS liderinin İran İslam Respublikasının prezidenti seçilən Məsud Pezeşkiannın andiçmə mərasimində iştirak etmək üçün rəsmi dəvətlə İranda olduğu bir vaxtda həyata keçirilib. Bu siyasi sui-qəsdin arxasında duranlar nəticələrin bütün region üçün nə qədər təhlükəli ola biləcəyini dərk etməli idilər” deyə diplomat bildirib.

Təhlükəsizlik Şurasının iclasında çıxış edən Polyanski həmçinin İranı regional qarşıdurmaya sürükləmək üçün bu cür cəhdlərin regionda onsuz da gərgin olan atmosferi pozduğunu deyib.

tag: Rusiya, HƏMAS, İsmayıl Haniyə, İsrail, todaypress.az,