Rusiya etiraf etdi: Kreml Suriyada ordusuna kömək edir

Dünya

07.12.2024 19:00

Rusiya Suriyadakı vəziyyət fonunda adı çəkilən ölkənin ordusuna kömək edir. 

TodayPress xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Doha Forumunun sessiyasında çıxış edən siyasətçi Suriya ilə bağlı məsələyə aydınlıq gətirib. O, bildirib ki, Rusiya Suriyaya Xmeymimdə yerləşən Aerokosmik Qüvvələrinin dəstəyi ilə hərbi yardım göstərir və terror hücumlarını dəf etməyə kömək edir. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Suriyada hadisələrin inkişafı ilə bağlı proqnoz verməkdən imtina edib.

Lavrov, həmçinin Suriya hakimiyyəti və müxalifətini dialoqa başlamağa çağırıb. O, terrorçuların Suriyada torpaqları ələ keçirməsinə icazə verilməsinin, eləcə də hər hansı bir ölkənin məqsədləri üçün istifadə edilməsinin qəbuledilməz olduğuna diqqət çəkib.

Töhfə Səməd

tag: Rusiya ,Lavrov,Doha, Proqnoz, todaypress.az,