Rusiya Erməniləri İttifaqının rəhbərinin Ermənistana girişinə qadağa qoyulacaq
Dünya
19.12.2024 12:40
Ermənistan hakimiyyəti Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın ölkəyə girişinə qadağa qoya bilər.
TodayPress xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Xarici İşlər Nazirliyinə 550-yə yaxın adın daxil olduğu “qara siyahı” təqdim edib.
Buraya jurnalistlər, mədəniyyət xadimləri, politoloqlar, Rusiya Erməniləri İttifaqının üzvləri və s. daxil edilib.
Nəşr bildirib ki, hakimiyyət bununla müvafiq informasiya fonu yaradıb, ictimai rəyi gələcək tədbirlərə hazırlayır.
Xatırladaq ki, bir neçə gün əvvəl rusiyalı politoloq Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulub və bu, Rusiyada qeyri-dost addım kimi qiymətləndirilib. Qadağanın səbəbləri barədə ətraflı məlumat verilməyib.
Günəş Mərd
tag: Ermənistan, Hakimiyyət ,Qadağa, Rusiya ,todaypress.az,