Rusiya ərazisinə endirilən zərbələr KTMT-də müzakirə ediləcək
Dünya
23.11.2024 18:28
KTMT-nin Astanada keçiriləcək sessiyasında Qərbin Rusiya ərazisinə uzaqmənzilli silahlardan zərbələrin endirməsinə dair verdiyi icazə məsələsi müzakirə ediləcək.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Yaxın vaxtlarda Kollektiv Təhlükəsizlik Şurasının ən yüksək səviyyədə toplantısı olacaq və burada təbii ki, bu məsələyə toxunulacaq. Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana səfəri çərçivəsində müttəfiqlərlə Ukrayna ərazisindəki böhranın bütün aspektləri müzakirə ediləcək” məlumatda bildirib.
Bildirilib ki, Rusiya və Qazaxıstan müttəfiqdir. Ölkələr arasında təcavüz halında tərəfdaşlara dəstək göstərilməsi ilə bağlı razılaşma var. Ona görə də bu mövzu gündəmdədir.
Qeyd edək ki, Rusiya prezidentinin Qazaxıstana dövlət səfəri noyabrın 27-də baş tutacaq. Növbəti gün Rusiya lideri Qazaxıstanın sədrliyi ilə KTMT-nin sammitində iştirak edəcək.
Günəş Mərd
tag: Ukrayna, Qazaxıstan, Putin, Rusiya, KTMT, Sammit, todaypress.az,