Rusiya ərazisinə 50-dən çox PUA vuruldu

Dünya

28.12.2024 09:15

Dekabrın 27-dən 28-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın regionlarına 50-dən çox pilotsuz uçuş aparatı (PUA) buraxıb. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram”da məlumat yayıb.

Departamentin aydınlaşdırdığı kimi, ümumilikdə Rusiya hava hücumundan müdafiə sistemləri 56 Ukrayna PUA-sını məhv edib. Onlardan 11-i Belqorod, 28-i Voronej, 17-si Rostov vilayətində vurulub. Pilotsuz təyyarələrin məhv edildiyi ərazilər və yerdə mümkün fəsadlar barədə məlumat açıqlanmır.

Öz növbəsində, Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib ki, bölgənin rayonlarından birində uçan PUA-nın dağıntılarının düşməsi nəticəsində dəmir yolunda əlaqə şəbəkəsi qırılıb. Bölgədə ölən və yaralananlar barədə məlumat verilmir.

Töhfə Səməd

tag: Rusiya, PUA, Rostov, Dağıntı, todaypress.az,