Rusiya əleyhinə sanksiyalar Almaniya iqtisadiyyatını vurdu?
Dünya
20.08.2024 10:42
Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Tomas Bager bildirib ki, Rusiyaya qarşı sanksiyalar Almaniya iqtisadiyyatına ciddi təsir göstərməyib.
TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
O, həmçinin vurğulayıb ki, Rusiyadan Avropa sənayesinə idxal edilən bir sıra malların qiymətləri stabilləşib.
“Hökumətin sanksiyaları və ya Rusiyanın cavab tədbirləri nəticəsində Avropa şirkətlərinin tədarük zəncirinin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı heç bir sübut yoxdur” deyə o, bildirib.
Son 2,5 ildə Almaniya ilə Rusiya arasında idxal-ixrac əməliyyatları əhəmiyyətli dərəcədə azalıb.
Töhfə Səməd
tag: Almaniya, Rusiya, Avropa, Sanksiyalar, İdxal, ixrac, todaypress.az,