Rusiya Əfqanıstanla əməkdaşlığı genişləndirir

Dünya

24.08.2024 10:35

“Rusiya Əfqanıstanla əməkdaşlığı genişləndirmək niyyətindədir”.

TodayPress xəbər verir ki, bu barədə Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Xabibullin məlumat verib.

Onun sözlərinə görə, Əfqanıstan ölkələr arasında ticarət dövriyyəsini 2025-ci ildə üç milyard dollara çatdırmağı hədəfləyir.

O bildirib ki, bu məsələ işgüzar şura nümayəndələrinin Əfqanıstanın kənd təsərrüfatı naziri vəzifəsini icra edən Ataullah Öməri ilə görüşündə müzakirə olunub.

Xabibullin qeyd edib ki, Moskva və Kabil kənd təsərrüfatı məhsullarının ixracının və idxalının artırılması, Rusiya şirkətlərinin Əfqanıstanda fəaliyyətinin inkişaf etdirilməsi və logistik marşrutların inkişafı məsələsini də müzakirə ediblər.

 

Günəş Mərd

tag: Rusiya,Əfqanıstan,Rüstəm Xabibulli,Ticarət Dövriyyəsi,Artırmaq,Ataullah Öməri,