Rusiya “Drujba” kəmərinə görə ABŞ-ni günahlandırdı
Dünya
09.12.2024 10:43
“Drujba” neft kəmərinin polşalı operatoru dekabrın əvvəlində aldığı zədədən sonra birinci xəttin təmirini başa çatdırıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat verib.
“PERN” şirkəti 2024-cü il dekabrın 1-də Pnevıda baş vermiş qəzadan sonra qərb boru kəmərinin birinci xəttinin normal işini bərpa edib” deyə nəşr qeyd edib.
Xatırladaq ki, dekabrın 2-nə keçən gecə Polşanın qərbində yerləşən Pnevı şəhəri yaxınlığında “Drujba” neft kəməri zədələnib və nəticədə yanacaq sızması baş verib. Polşanın “PERN” operatorunun nümayəndəsi bildirib ki, şirkət insidentin bütün mümkün səbəblərini, o cümlədən təxribatı nəzərdən keçirir.
Rusiya Dövlət Dumasının deputatı Dmitri Novikov ABŞ-nin bu ölkənin həm hökuməti, həm də biznesi "Drujba" neft kəmərinə zərər vurmaqda maraqlı ola biləcəyi barədə fikir bildirib.
Töhfə Səməd
tag: Drujba, Qəza ,Polşa, Qərb, todaypress.az,