Rusiya Donetskin daha bir kəndini nəzarətə götürdü
Dünya
21.12.2024 15:50
Cənub Qüvvələr Qrupunun əsgərləri Donetskin Ostrovski kəndini nəzarətə götürüb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna şəxsi heyətin 285 nəfərini itirib. Bundan əlavə 2 zirehli döyüş maşını, 2 minik avtomobili, 122 millimetrlik “D-30” haubitası, ABŞ istehsalı 105 millimetrlik “M119” haubitası və 5 səhra sursat anbarı məhv edilib.
Töhfə Səməd
tag: Rusiya, Ukrayna, Donetsk, ABŞ, todaypress.az,