Rusiya Donetski artilleriya atəşinə tutdu, ölənlər var
Dünya
09.08.2024 15:29
Rusiya Ukraynanın Donetsk vilayətində Kostyantinivka şəhərində mağazanı vurub, ölənlər və yaralananlar var.
TodayPress xəbər verir ki, bu barədə Donetsk hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" hesabında məlumat verib.
Onun sözlərinə görə, Rusiya qüvvələri Kostyantinivka şəhərində böyük supermarketi artilleriya ilə vurub.
Ən azı 9 nəfər ölüb, 24 nəfərin yaralandığı bildirilir.
tag: Rusiya, Donetsk, Ukrayna, Kostyantinivka ,Vadim Filaşkin, todaypress.az,