Rusiya Donetskdə daha iki yaşayış məntəqəsini nəzarətə götürdü
Dünya
01.12.2024 14:27
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Petrovka və İlyinka yaşayış məntəqələrini nəzarətə götürüb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi aerodromlarına, PUA istehsalı sexləri anbarlarına zərbə endirib.
Həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın 55 PUA-sını vurub.
tag: Rusiya,Silahlı Qüvvələr,Ukrayna,Petrovka,İlyinka,todaypress.az,