Rusiya daha iki jurnalistə qarşı cinayət işi açdı

Dünya

27.08.2024 11:39

1675

Rusiya Federal Təhlükəsizlik Xidməti Kursk vilayətinin Sudja şəhərinə qanunsuz daxil olan ukraynalı və alman jurnalistlərə qarşı cinayət işi açıb.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, Almaniyanın “Deutsche Welle”, Ukraynanın isə “1+1” telekanalının müxbirinə qarşı Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçərək Kursk ərazisində videoçəkiliş etmək barəsində müddəa qaldırılıb.  

Maddəyə əsasən, jurnalistlər üçün 5 il həbs cəzası nəzərdə tutulub. 

Qeyd edək ki, avqustun 17-dən sərhədi qanunsuz keçmək faktı ilə bağlı 7 əcnəbi jurnalistə qarşı cinayət işi açılıb.

Töhfə Səməd

tag: Jurnalist, Rusiya, Sudja, Kursk, Ukrayna, todaypress.az,