Rusiya dağıdıcı PUA-sını nümayiş etdirəcək
Dünya
08.08.2024 12:00
2024-cü il avqustun 12-dən 14-dək “Patriot” Konqres və Sərgi Mərkəzində keçiriləcək “Ordu-2024” beynəlxalq hərbi-texniki forumunda “Privet-82MK2” pilotsuz uçuş aparatı (PUA) sərgilənəcək.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Privet-82MK2” “Privet-82” tipli kamikadze dronunun modifikasiyasıdır.
“Privet-82” PUA-ları 30 kilometr məsafəni qət etmək və 5 kiloqram faydalı yük daşıma xüsusiyyətinə malikdir. PUA 220-250 qramlıq döyüş başlığı daşıyır və “RPG-7” qumbaraatanına bənzər dağıdıcı effekt verir.
Qeyd edək ki, "Ordu-2024" forumunda 100-ə yaxın xarici şirkət məhsul təqdim edəcək.
Töhfə Səməd
tag: Rusiya, PUA,Privet-82MK2,Ordu-2024,Patriot, todaypress.az,