Rusiya Çinlə əməkdaşlığa görə ABŞ qarşısında hesab verməyəcək : Rusiya XİN
Rusiya
Çinlə əməkdaşlığa görə ABŞ-a hesab verməyəcək.
TodayPress xəbər verir ki,
bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib.
"Biz
Çinlə münasibətləri qarşılıqlı faydalı şəkildə, beynəlxalq hüquqa tam uyğun
şəkildə qururuq və ABŞ-a hesab vermək fikrində deyilik" o vurğulayıb.
Diplomat
Moskvanın Pekinə hərbi yardım müqabilində qabaqcıl hərbi texnologiyalarla kömək
edə biləcəyi ilə bağlı məlumat verib.
Daha
əvvəl “Politico” nəşri yazıb ki, ABŞ dövlət katibinin müavini Kurt Kempbell
Pekinin Rusiya müdafiə sənayesinə guya dəstək verdiyinə görə ABŞ-ın Çin
şirkətləri və maliyyə qurumlarına qarşı tədbirlər görə biləcəyini açıqlayıb.
Aynur
TAC
tag: Zaxarova, Rusiya, Ukrayna, Çin,todaypress.az,