Rusiya Cənubi Koreyadakı vəziyyətlə bağlı vətəndaşlarına müraciət ünvanladı
Dünya
04.12.2024 14:20
Cənubi Koreyadakı ruslara siyasi tədbirlərdə iştirak etməmək tövsiyə olunub.
TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Cənubi Koreyadakı səfirliyinin “Telegram” kanalında məlumat verilib.
"Rusiya vətəndaşlarına hadisələri diqqətlə izləməyi və siyasi xarakterli kütləvi tədbirlərdə iştirakdan çəkinməyi tövsiyə edirik" məlumatda deyilir.
Həçminin qeyd olunub ki, hərbi vəziyyət aradan qaldırıldıqdan sonra Cənubi Koreyanın Seul və digər şəhər və əyalətlərində vəziyyət normallaşıb. Vətəndaşların həyatı üçün təhlükəli olan kütləvi iğtişaşlar yoxdur.
Günəş Mərd
tag: Cənubi Koreya,Rusiya,Xəbərdarlıq,Vətəndaş,todaypress.az,