Rusiya Britaniyaya qarşı sanksiyaları genişləndirdi
Rusiya sanksiya siyahısına anti-Rusiya xəttini izləyən Böyük Britaniyanın beyin mərkəzləri və konsaltinq agentliklərinin 32 nümayəndəsini əlavə edib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Londonun düşmənçilik cəhdlərində Böyük Britaniyada fəaliyyət göstərən bir sıra analitik mərkəzlər, konsaltinq agentlikləri və oxşar profilli digər strukturlar mühüm rol oynayır” deyə məlumatda bildirilib.
Qeyd edək ki, dərc edilmiş siyahıya doqquz struktur və 32 işçi daxildir.
Günəş Mərd
tag: Rusiya, Böyük Britaniya, Sanksiyalar, Rusiya Xarici İşlər Nazirliyi ,London, todaypress.az,