Rusiya BRICS taxıl birjasının açılmasını təklif etdi
BRICS-in 16-cı sammitində təşkilatın taxıl birjasının yaradılması təklifi müzakirə oluna bilər.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin sammitin geniş tərkibdə keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, bu, assosiasiyada ərzaq təhlükəsizliyini təmin edəcək.
"Təşkilatın taxıl birjası məhsul və xammal üçün ədalətli və proqnozlaşdırıla bilən qiymət göstəricilərinin formalaşmasına töhfə verəcək. Bu təşəbbüs milli bazarları mənfi kənar müdaxilələrdən və spekulyasiyalardan, süni ərzaq qıtlığı yaratmaq cəhdlərindən qorumağa kömək edəcək” deyə Putin əlavə edib.
Günəş Mərd
tag: Rusiya, Taxıl,Təşkilat, Putin, Sammit, todaypress.az,