Rusiya Borrellin qərarına etiraz etdi
Dünya
30.08.2024 11:42
Rusiya Dövlət Dumasının deputatı Leonid İvlev Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cosef Borrellin Rusiya ərazisinə Qərb silahlarının zərbələrinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq çağırışını şərh edib.
TodayPress xəbər verir ki, o, bu barədə “RİA”ya danışıb.
“Ağlını itirən Borrell “məndən sonra istəyirsə, dünya da dağıla bilər” prinsipi ilə Kiyev tərəfinin qaynar başlarına benzin tökmək qərarına gəlib. Onun Rusiya Federasiyası ərazisində NATO silahları ilə zərbələrə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı çağırışı məsuliyyətsizlik və dəhşətli nəticələridir” deyə deputat bildirib.
İvlev vurğulayıb ki, hətta Aİ-də də Borrellin çağırışını qəbul etməyən ayıq siyasətçilər var.
Töhfə Səməd
tag: Borrell, NATO,Rusiya, Silahlar, Aİ,todaypress.az,