Rusiya BMT-ni Yaxın Şərqlə bağlı yeni qətnamə qəbul etməyə çağırdı

Dünya

22.08.2024 22:26

Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvlərini Yaxın Şərqdəki vəziyyəti həll etmək üçün Qəzza zolağında zorakılığı dayandıracaq yeni qətnamə hazırlamağa və qəbul etməyə çağırır.

 

TodayPress xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski diplomatik missiyanın “telegram” kanalında məlumat verib .

 

Polyanskinin sözlərinə görə, Vaşinqtonun Yaxın Şərq münaqişəsinin həllini inhisara almaq və İsrail üçün faydalı etmək istəyi indi regionda müşahidə oluna bilən fəlakətə gətirib çıxarıb.

 

O, əlavə edib  ki, Rusiyanın BMT-dəki missiyası indiki dünyada baş verən hadisələr fonunda bunu yersiz hesab etdiyi üçün İsveçrəyə səfərə getməyəcək .


İbrahim Əzizli

tag: BMT, Rusiya, Vaşinqton, Dmitri Polyanski,todaypress.az,