Rusiya bir qrup ukraynalı əsri azad etdi

Dünya

13.09.2024 15:27

Rusiyanın əsirliyindən azad edilən 49 nəfər hərbi qulluqçu və mülki şəxs Ukraynaya gətirilib.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşım edib.

Bildirlib ki, ölkəyə qaytarılanlar arasında “Azovstal” kombinatının müdafiəsində iştirak edənlər, eləcə də “Ukrayna qəhrəmanı” adına layiq görülən hərbi həkim Viktor İvçuk da var.

Ukrayna lideri onların azad edilməsində xidmətləri olanlara təşəkkür edib.

tag: Ukrayna,Əsir, Rusiya, Azad,Zelenski ,todaypress.az,