Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi
Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əş-Şara yanvar ayında Rusiya rəhbərliyinə müraciət edərək devrilmiş prezident Bəşər Əsədin ekstradisiyasını tələb edib.
TodayPress xəbər verir ki, bu barədə məlumatı “The New York Times”a verdiyi müsahibədə Şara özü təsdiqləyib.
Onun sözlərinə görə, Rusiya bu tələbi rədd etsə də, Suriya administrasiyası Moskva ilə münasibətləri pozmaq niyyətində deyil.
“Suriyanın əsas silah təminatçısı Rusiyadır, eyni zamanda ərzaq və enerji resurslarında da böyük asılılıq var. Bu maraqları nəzərə almağa məcburuq” deyə Şara bildirib.
Qiymət Mahir
tag: Rusiya,Bəşər Əsəd,Suriya,Rədd,Todaypress.az,